Şənbə , İyul 20 2024
azfa

İran Ermənistanı dəstəklədi: İran regionun siyasi coğrafiyasında heç bir dəyişikliyi qəbul etməyəcək

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, avqustun 10-u axşam saatlarında İranın prezidenti İbrahim Rəisi və işğalçı Ermənistanın baş naziri Nikol Paşınyan arasında telefon danışığı baş tutub.

Nikol Paşinyanın telefon zənginə cavab olaraq iki ölkə arasındakı münasibətləri tarixi və dərin adlandıran İbrahim Rəisi Tehran və İrəvan arasında davamlı iqtisadi əməkdaşlığın səviyyəsinin artırılması ilə bağlı lazımı tədbirlərin görülməsinin zəruriliyindən dəm vurub.

“İran regionun siyasi coğrafiyasında heç bir dəyişikliyi qəbul etməyəcək və biz Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar olması, bölgənin tərəqqisi və inkişafı üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq”, – deyə İran prezidenti iddia edib.

“Üçtərəfli atəşkəs bəyanatını imzalayanların onun müddəalarına sadiq qalması, qalan məsələlərin isə dialoq və diplomatik yollarla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin yaradılmasının ən optimal yoludur”,-deyə Rəisi, habelə qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə iki ölkə arasında əlaqələrin günü-gündən inkişaf etdirilməsindən məmnunluğunu ifadə edərək, İran və Ermənistan arasında tranzitin asanlaşdırılması və infrastruktur, o cümlədən yol və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bəyan edib.

Qeyd edək ki, Yaxın Şərq ölkələrində proksi qruplaşmalar yaradaraq onları maddi və silahla təmin edərək bütün bölgənin əmniyətini təhlükə altına alan və beynəlxalq qanunları heçə sayan İslam Respublikasının prezidentinin regionda davamlı sabitliyin yaradılması üçün qonşu dövlətlərə ağıl dərsi keçməsi təəccüb doğurur.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …