Çərşənbə axşamı , İyun 22 2021
azfa

İran Ermənistanı dəstəkləməklə Azərbaycan əraziulərinin azad edilməsinə mane olmaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran sərhədlərin müəyyənləşməsində də işğalçı Ermənistanın tərəfini saxlamaqla Azərbaycan ərazilərinin tam azad edilməsinə mane olmağa çalışır.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Muctaba Zonnuri Azərbaycana qarşı qərəzli açıqlama verib.

Ermənistan mediasına açıqlama verən Zonnuri Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləyib.

“İran İslam Respublikasının mövqeyi aydın və qətidir: biz regionda hər hansı ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün saxlanılmasından yanayıq. Həmçinin, sərhədlərimiz yaxınlığında hər hansı transregional qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinini bir hissəsini ələ keçirmək istəsələr və Ermənistanla olan sərhədlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır”-deyə iranlı deputat deyib.

Qeyd edək ki, sərhəd dəyişikliyi bəhanəsilə Ermənistanı dəstəkləyən İrandan soruşmaq lazımdı 30 il Azərbaycanın 20 faiz ərazisini işğal edib, sərhədlərini pozan Ermənistan nə əcəb sərhəd məsələsində İranı narahat etməyib?!!

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …