Cümə axşamı , Noyabr 12 2026
azfa

İran Ermənistanı da Güney Azərbaycanın mədənlərini talamağa cələb edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ermənistanı da Güney Azərbaycanın mədənlərini talamağa cələb edib.

Artıq İran, Çin, Rusiya ilə yanaşı Ermənistan da Güney Azərbaycanın mədənlərini talan etməkdə iştirak edir.

Belə ki, Güney Azərbaycanın mədənlərindəki faydalı qazıntılar Ermənistan sərhədinə yaxın yerdə saxlanılır. Onlar daha sonra yükləyicilərlə erməni yük maşınlarına yüklənir və Norduz sərhədindən Ermənistana aparılır.

Onlarla “Kamaz” erməni yük maşını Güney Azərbaycan mədənlərindən çıxarılan faydalı qazıntıları Ermənistana aparır.

Qeyd edək ki, İranın anti-türk rejimi Ermənistanın əsas dəstəkçilərindən biridir və indi də Azərbaycana qarşı Ermənistanı dəstəkləyir..

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …