Çərşənbə , Avqust 26 2026
azfa

İran Ermənistanla birlikdə Azərbaycandan yan keçməklə şimal ölkələrinə çıxışını təmin etmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın İnkişaf və Ticarət Təşkilatının sədri və Ermənistanın İqtisadiyyat nazirinin müavininin iştirakı ilə iqtisadi-texniki əməkdaşlıq üzrə İran-Ermənistan müştərək işçi qrupunun iclası keçirilib.

Görüşdə İranın İnkişaf və Ticarət Təşkilatının rəhbəri Əlirza Peyman Pak deyib: “Ermənistanın İqtisadiyyat naziri İran şirkətlərinin işləri ilə tanış olub. İran Ermənistanda yol tikintisi layihələrində iştirak etmək istəyir, çünki bu, bizim şimal ölkələrinə çıxışımızı təmin edəcək və Azərbaycan marşrutunu əvəz edəcək”.

4 İran şirkətinin Ermənistanda dəmir yolunun tikintisinə hazır olduqlarını qeyd edən Ermənistanın İqtisadiyyat nazirinin müavini əlavə edib: “Quru yol marşrutları, Cənub-Şimal dəhlizi bizim üçün önəmlidir və bildiyimə görə, Ermənistan tərəfi bu sahəyə sərmayə qoymağa hazırdır”.

O, həmçinin dəniz nəqliyyatının inkişaf etdirilməsinin zəruriliyinə toxunaraq qeyd edib: “Ermənistan hökuməti Xəzər dənizi üzərindən yükdaşımaları məsələsini nəzərdən keçirir. Eləcə də, İran limanlarından Rusiyaya yüklənmə təmin edilməlidir və bu sahədə Orta Asiya və Rusiyaya yüklərin təhlükəsiz daşınması üçün İranın şimal limanlarının köməyi lazımdır”.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …