Şənbə , Oktyabr 10 2026
azfa

İran etirazlarında 50 mindən çox saxlanılan var

GADTB: ABŞ-da fəaliyyət göstərən İnsan Hüquqları Fəalları Toplusunun xəbər orqanı olan HRANA agentliyi bildirib ki, İranda ölkəboyu etirazların yatırılması zamanı azı 50 min 235 nəfər saxlanılıb və yeni saxlanılmaların davam etdiyi qeyd olunur.

HRANA-nın hesabatına görə:

Tələbələrin saxlanılması: 106 hal

Məcburi “etiraf”lar: 303 hal

Çağırış vərəqələri (çağırışlar): 11 min 46 hal

Qeydiyyata alınmış etiraz hadisələri: 31 əyalət, 209 şəhərdə 666 nöqtə

Agentlik əlavə edib ki, etirazların başlanmasından 37-ci günün sonunadək təsdiqlənmiş həlak olanların sayı 6 min 854 nəfərə çatıb, daha 11 min 280 fakt isə araşdırma mərhələsindədir.

Həmçinin yoxlayın

İran mediasından Azərbaycana qarşı yeni təbliğat: Məktəbli forması qaydaları yeni bəhanəyə çevrildi

GADTB: SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim qaydaları …

Xəzərin səviyyəsinin 18 metr aşağı düşəcəyi deyilir- Video

GADTB: Son dövrlərdə Xəzər dənizinin səviyyəsində qeydə alınan kəskin enmələr, sahil xəttinin kilometrlərlə geri çəkilməsi …