Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İran Futbol federasiyası haqsızlığa məruz qalan “Traxtur” komandasını da cəzalandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Futbol Federasiyası yanvarın 26-da “Traxtur” və “Perspolis” komandalarının Tehranda keçirilən yarışında türkləri təhqir edən Perspolisi cəzalandırmaq yerinə baş verənlərə görə hər iki komandaya cəza qərarı çıxarıb.

Qərara görə, növbəti mövsümdə iki komandanın yarışı tamaşaçılarsız keçiriləcək.

Bununla yanaşı Futbol Federasiyası “Traxtur” tərəfdarlarının “Perspolis” tərəfdarlarına xəsarət yetirdiyi iddiasına görə, Təbriz təmsilçisinin cərimələnməsi barədə də qərar çıxarıb.

Bu, “Traxtur” Futbol Klubunun narazılığı ilə qarşılaşıb və klub federasiyanın qərarının ədalətsiz və qərəzli olduğunu bildirib.

“Təcili Tibbi Yardım Mərkəzinin verdiyi hesabata görə, o gün stadionda yaralanan 33 nəfərin hamısı “Traxtur” tərəfdarı olub. İran Futbol Federasiyasının çıxardığı bu qərar, gələcəkdə oxşar hadisələrin baş verməsinə zəmin yaradır”,- klubun yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, irqçi fars rejim hər zaman Azərbaycan türklərinə qarşı düşmən münasibəti bəsləyib. Bu qərar da həmin prinsipdən kənarda olan qərar deyil.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …