Cümə axşamı , İyul 30 2026
azfa

İran heç bir vətəndaşının yaşamadığı Zəngəzurun Qafan şəhərində Azərbaycana qarşı konsulluq açdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran heç bir vətəndaşının yaşamadığı Zəngəzurun Qafan şəhərində Azərbaycana qarşı konsulluq açdı. Artıq Abedin Vəramin İranın Ermənistanın Zəngəzur bölgəsinin Qafan rayonuna baş konsul təyin edilib.

İran İslam Respublikasının Ermənistandakı səfirliyi “Armenpress”ə açıqlamasında məlumatı təsdiqləyib və bu barədə əlavə məlumatın daha sonra veriləcəyini bildirib.

“2021-ci il dekabrın sonunda İran hökuməti Xarici İşlər Nazirliyinin təklifini bəyənərək işğalçı Ermənistanın Sünik vilayətinin Qafan şəhərində baş konsulluğun açılması barədə qərar qəbul edib, lakin konsulluq hələ rəsmi olaraq açılmayıb. Konsulluğun çox güman ki bu il, 2022-ci ildə açılacağı ilə bağlı məlumatlar var”-deyə, erməni mediasının məlumatında bildirilib.

Qeyd edək ki, məlumat avqustun 11-i gecə saatlarında yayılıb və hələlik İran mediasında və Xarici İşlər Nazirliyinin rəsmi saytında bu barədə məlumat verilməyib.

Azərbaycan Milli Məclisin deputatı Fazil Mustafa isə sosial şəbəkə hesabında yazıb ki, buna cavab olaraq təcili Şuşada Türkiyə konsulluğunu açılmalıdır.

“Qafanda konsulluq açırlar, xeyirli olsun! Bəlkə, darıxmasınlar deyə, biz də təcili Şuşada Türkiyə konsulluğunu açaq? Onlar Qafandan “Ələm-dar” uçuranda biz də Şuşadan “Bayraqdar” uçurarıq”.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …