Çərşənbə , Oktyabr 14 2026
azfa

İran hökuməti mollalarla birlikdə türklər əleyhinə fəaliyyətlərindən geri qalmır

GADTB: ISNA xəbər verib ki, bu gün İran hökuməti Ərdəbildə din xadimləri və məddahların iştirakı ilə “Müqavimət Cəbhəsi və Çaldıran Şəhidlərini Anma” adlı mərasim keçirəcək.

Məlumata görə, mərasimdə saat 20:00-da İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amoli və bir sıra məddahlar çıxış edəcəklər.

Qeyd edək ki, Ərdəbilin cümə imamı İranda yaşayan etnik türklər arasında dini fitnə salmaq üçün öz fəaliyyətlərini davam etdirir. Həsən Amoli Tehranın göstərişi və İran hökumətinin maraqlarını təmin etmək məqsədi ilə qərəzli olaraq Azərbaycana, eləcə də etnik türklərə qarşı açıqlamalar verir./ Azad İran

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …