Cümə axşamı , Oktyabr 22 2026
azfa

İran humanitar yardım adı altında Suriyaya silah göndərir

GADTB: İslam Respublikası, çox güman ki, Suriyada zəlzələdən zərərçəkmiş bölgələrdəki vəziyyətdən istifadə edərək, zərərçəkmiş insanlara yardım adı altında döyüş silahları göndərir.

“Nüvə İranına Qarşı Alyans” təşkilatının siyasi direktoru Ceyson Brodski İsrailin “i24” telekanalına deyib ki, SEPAH və Hizbullah daha öncə də humanitar yardım adı altında müharibə silahları göndəriblər.

Fevralın 9-da İran hökuməti “humanitar yardım” daşıyan təyyarəni Dəməşq hava limanına göndərib.

Brodski açıqlamasında deyib: “Beynəlxalq ictimaiyyət ayıq-sayıq olmalıdır; Çünki İslam Respublikasının kəşfiyyat agentləri, Qüds qüvvələri sızmaq və silah göndərmək üçün əvvəllər də İranın Qızıl Aypara Cəmiyyətindən sui-istifadə hallarına yol verib”.

Digər tərəfdən isə İsrailin hərbi mənbələri bildirib ki, İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat göndərsə İsrail buna çox sərt cavab verəcək.

Qeyd olunub ki, əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa hərbi yük göndərərsə, İsrail tərəddüd etmədən həmin karvana hücum edəcək.

Bildirilib ki, İranın Bəşər Əsəd rejimi və Livandakı Hizbullaha vəziyyətdən istifadə edərək hərbi texnika və silah-sursat göndərməyi planlaşdırdığına dair məlumatlar var.

İsrail mənbələrinin informasiyasına görə, İran Suriyaya humanitar yardım adı altında artıq bir neçə yük təyyarəsi göndərib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …