Bazar ertəsi , İyul 22 2024
azfa

İran II Qarabağ müharibəsindən sonra onlarla küçə və prospektə erməni şəhidi adı verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, II Qarabağ müharibəsində ermənilərin məğlub olması və Azərbaycanın işğal edilmiş əksər ərazilərini azad etməsi İran rejimini elə sarsıtmışdı ki, özünü sakitləşdirmək üçün Tehran və digər şəhərlərdə onlarla küşənin adını dəyişdirərək onlara erməni şəhidləri adı verib.

Son günlərdə də İran rejiminin göstərişi ilə Tehran bələdiyyəsi Tehranın Narmək bölgəsində daha 3 küçəyə erməni şəhidləri adı verdi. Həmin küçələrə Vartan Aqaxanyan, Alfred Gəbri və Pablak Avdyan adı verilib.

Həmçinin İran rejimi II Qarabağ müharibəsi və Ermənistanın məğlubiyyətindən qısa müddət sonra Təkcə Tehranda onlarla küçənin adını dəyişdirib və həmin küçələrə erməni şəhidi adı verib. Bu istiqamətdə şəhid Zərai küçəsi şəhid Həraç Torosyana, şəhid Mədəni küçəsi, şəhid Herand Avanesyana, şəhid Məhdəvi küçəsi şəhid Zorik Muradyana, Ərəstu küçəsi Aqaxanyana və s. dəyişdirilib. Həmçinin Tehranda bir prospekt şəhid Andranik Məsihi Mqırdiçyan adlandırılıb.

Eyni zamanda II Qarabağ müharibəsindən sonra İran rejimi İsfahanda da bir neçə küçəyə erməni şəhidi adı verib.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …