Bazar ertəsi , May 27 2024
azfa

İran İrəvandakı Göy məsciddən öz siyasi məqsədləri üçün istifadə edir

GADTB: İrəvan xanlığı dövründə tikilən və Azərbaycanın mədəniyyət incisi sayılan Göy məscid indi İran hökuməti tərəfindən fars dilinin Ermənistanda tədrisinin yayılması üçün istifadə olunur.

Belə ki, mayın 14-də Göy məsciddə İran şairi Firdosinin doğum günü və fars dilinin qorunması günü ilə bağlı görüş keçirilib.

Məlumata görə, görüşdə İranın Ermənistandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət attaşesi Məhəmməd Əsədi Movəhhed, o cümlədən bu ölkədə fars dilinin tədris olunduğu məktəblərin müəllimləri də iştirak ediblər.

Qeyd edək ki, Ermənistan tərəfindən İrana “icarəyə” verilən Azərbaycanın memarlıq_abidəsi hazırda fars dilinin tədrisi mərkəzinə çevrilib. Göy Məscidin “fars abidəsi” kimi qələmə verilməsi, İranın casus_yuvasına çevrilməsindən sonra indi də fars dilinin ermənilər arasında təbliği üçün bir vasitə olub. /Azad İran

Həmçinin yoxlayın

Sayın Ərsin Tatar sayın Mikayil Oyta və Sara xanım Azərsunun idarə etdiyi radionun efirində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sidneydə səfərdə olan Quzey Qıbrıs Türk Cumhuriyyətinin Cumhurbaşqanı …

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …