Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran işğalçı Ermənistanla əldə olunan razılaşmaların sürətlə icrasını zəruri hesab edir

GADTB: Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zühurini qəbul edib.

Görüşdə erməni nazir iki ölkə arasında qurulmuş etibarlı əməkdaşlıq əlaqələrinin və müxtəlif sahələrdə ikitərəfli faydalı əməkdaşlığın vacibliyini vurğulayıblar.

İran səfiri də öz növbəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin İrana səfərini alqışlayıb və onu qısa, lakin səmərəli səfər kimi qiymətləndirib.

Görüşdə regional əməkdaşlıq, yol tikintisi, enerji infrastrukturu sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivləri ilə bağlı tərəfləri maraqlandıran bir sıra mövzular müzakirə olunub.

Hər iki tərəf İranda əldə edilən razılaşmaların tezliklə həyata keçirilməsinin vacibliyini qeyd ediblər./Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …