Cümə , Sentyabr 13 2024
azfa

İran İsrailə böyük hücum halında nüvə proqramının zərərsizləşdirilməsindən narahatdır

GADTB: “The Washington Post” qəzeti xəbər verib ki, İran rəsmiləri İsrailə genişmiqyaslı hücum və HƏMAS-ın lideri İsmayıl Həniyənin qisasının alması ilə bağlı təhdidlərin əksinə olaraq, pərdə arxasında İsrail və ABŞ-ın cavabından narahatdırlar.

Məlumata görə, bu səbəbdən də İranın İsrailə mümkün hücumu apreldəki raket hücumlarından daha kiçik və məhdud ola bilər.

Bildirilib ki, İran rəsmiləri proksi qüvvələrinin rəhbərləri ilə təkbətək görüşərək onları ehtiyatlı olmağa çağırıblar.

Qəzet adı açıqlanmayan livanlı rəsmiyə istinadən yazıb ki, son görüşlərdə İran nüvə proqramının zərərsizləşdirilə biləcəyindən, ən əsası da İsraillə ABŞ-nin birbaşa ölkənin nüvə proqramına hücum etməsindən narahat olduğunu vurğulayıb. / Azad İran

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …