Cümə axşamı , Aprel 25 2024
azfa

İran koronavirusa yoluxdurduğu azərbaycanlı siyasi məhbusları qəsdən öldürməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim və onun mediası koronavirus xəstəliyinə yoluxdurduğu azərbaycanlı siyasi məhbusların vəziyyətinin ağır olmasını danmaqla, onları qəsdən öldürməyə çalışır.

Rejimin Ərdəbbildə yerləşən zindanında koronavirus xəstəliyi geniş yayıldığı üçün azərbaycanlı siyasi məhbusların həyatı təhlükəyə düşüb. Artıq Abbas Lisani, Yusif Kari, Əli Vasiqi və s. azərbaycanlı siyasi məhbuslar koronavirus xəstəliyinə yoluxublar. Xüsusilə Abbas Lisaninin vəziyyətinin ağır olduğu bildirilir.

Yusif Kari və Əli Vasiqi ailə üzvləri ilə telefon əlaqəsi zamani Abbas Lisaninin vəziyyətinin ağır olduğunu, tənəffüs problemi yarandığını bildiriblər.

Həmçinin həkimlərin zindanda imkanların az olması səbəbindən həmin məhbusların zindan xaricində xəstəxanada müalicə alma zərurətini bildirməsinə baxmayaraq, zindan rəhbərliyinin buna imkan vermədiyi qeyd edilir.

Belə vəziyyətdə isə rejimin rəsmiləri və mətbuatı acınacaqlı vəziyyətin olmasını inkar etməyə və azərbaycanlı məhbusların həyatını itirməsinə şərait yaratdığı müşahidə edilir. 8 dekabr tarixində rejimin “Cumhuriye İslami” Xəbər Agentliyi, “Gənc Jurnalistlər Klubu”, həmin quruma bağlı olan “Cavan” xəbər saytı və İranın ETTELAAT və terrorçu Sepahına bağlı başqa xəbər saytları Ərdəbil zindanında koronovirus infeksiyasının yayılmasını inkar ediblər.

Rejimin həmin media qurumları rejimin Ərdəbildəki zindanının rəisi Seyid Müctəba Seyid Hüseyninin məqsədli şəkildə yalan açıqlamasını yayıblar.

Seyid Müctəba Seyid Hüseyni məhkumların sağlıq durumu ilə bağlı xəbərləri təkzib edərk, deyib: “İndiyə qədər Ərdəbil əyalətinin həbsxanalarında koronavirus xəstəliyinə yoluxma halları müşahidə edilməyib və bu barədə yayılan xəbərlər yalnışdır”.

Beləliklə, irqçi fars rejim məqsədli şəkildə azərbaycanlı siyasi məhbusların sonuna çıxmaq istəyir.

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Bir cavab yazın