Cümə axşamı , May 14 2026
azfa

İran məclisi internetin maksimum məhdudlaşdırılması üçün nəzərdə tutulan qanun layihəsini qəbul edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Məclisinin Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini qəbul edib.

Komissiya üzvlərindən 18 nəfəri onun lehinə, 1-i isə əleyhinə səs verib.

Əgər bu layihə məclis tərəfindən qanun olaraq qəbul edilərsə, onun mətnində bildirildiyi kimi, iranlı internet istifadəçilərinin bütün məlumatları toplanacaq. Dataların toplanması və istifadəsi isə İran qanunlarına əsasən, “normal hal” hesab ediləcək.

Xatırladaq ki, ötən illər ərzində İranın dini rəhbəri Əli Xameneyi bir çox çıxışlarında ölkədə virtual dünyanın “özbaşına” buraxıldığını bildirərək aidiyyatı qurumların onu məhdudlaşdırmamasını tənqid edib. Bundan sonra İran məclisi bir müddətdir ki, “ali rəhbər”in istəyini həyata keçirmək üçün hərəkətə başlayıb.

Digər tərəfdən, İran hökuməti habelə uzun illərdir ölkənin internet şəbəkəsini qlobal şəbəkədən ayırmağa çalışır. “Milli şəbəkə” adlanan bu layihəni işə salmaqla rejim ölkədə baş verən etirazları amansızlıqla yatırması ilə bağlı məlumat və görüntülərin xaricə yayılmasının qarşısını almaq istəyir. “Dünyanın internet şəbəkəsi ilə əlaqələri kəsməyin açarı” adlandırılan bu layihənin iki il ərzində reallaşdırılması nəzərdə tutulur.

Həmçinin yoxlayın

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …