Çərşənbə axşamı , İyun 25 2024
azfa

İran məhkəməsi aazərbaycanlı milli fəal Əlirza Fərşini yenidən həbs və şallaq cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli fəal Əlirza Fərşini Tehranda həbsdə olmuş başqa 8 keçmiş məhbusla birlikdə 11 ay 15 gün həbs və 50 şallaq zərbəsinə məhkum edib.

Tehranın Fəşafuyə Ümumi Cinayət Məhkəməsinin 101-ci şöbəsi bu barəqə qərar çıxarıb.

İslami Cəza Qanununun müxtəlif maddələri ilə yenidən ittiham olunaraq barəsində həbs və şallaq qərarı çıxarılan Əlirza Fərşi zindanda baş verən qanunsuzluqları ictimailəşdirdiyi üçün həmin cəzalara məhkum edilib.

Əlirza Fərşi və onunla eyni bölmədə həbsdə saxlanılan həmin siyasi məhbuslar 2021-ci il sentyabrın 28-də ağır cinayətlərdə ittiham olunan təhlükəli məhkumlar tərəfindən hücuma məruz qalmışdılar.

Həmin siyasi məhbuslar bu hadisədə aldıqları bədən xəsarətlərinə görə zindanın tibb məntəqəsinə, oradan isə dini mərasimlərin keçirildiyi bölməyə, daha sonra isə 9-cu bölməyə köçürülmüşdülər.

Əlirza Fərşi və həmin 8 məhbus baş verən hadisəyə, eləcə də onlara qarşı basqılara, cəza olaraq bölmələrinin dəyişdirilməsinə açıq məktubla etirazlarını bildirmişdilər.

İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbuslar bir yerdə saxlanılır.

İran hökuməti və zindan rəhbərliyi bu vasitə ilə siyasi məhbuslara basqı göstərir, istənilən zaman onlara qarşı sui-qəsd törədir.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fə al “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …