GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda əl-Əhvaz etirazlarına dəstək etirazlarında həbs edilən azərbaycanlı milli fəal Nadir Sadiqian İranın Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən nağd pul cəzasına məhkum edilib.
Rejimin məhkəməsinin qərarına əsasən, Sadeqian dövlət büdcəsinə 60 milyon rial məbləğində cərimə ödəməlidir.
Nadir Sadeqian şərlənərək, “İctimai şəbəkələrdə kommunikasiya sistemləri vasitəsilə insanları zorakılığa təhrik və dəvət etmək”də ittiham olunur.
Qeyd edək ki, Nadir Sadeqian iyul ayının 25-də İran rejimi tərəfindən həbs edilərək Təbrizdə ETTELAAT İdarəsinin təcrdixanasına salınmışdı.
Azərbaycanlı fəal 14 avqustda girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.