Çərşənbə axşamı , Noyabr 18 2025
azfa

İran Məhkəməsinin rəsmisi: “Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq başa çatıb”

GADTB: “Mashregh News”un məlumatına görə, İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Məsud Sitayeşi keçirdiyi bugünkü mətbuat konfransda Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı deyib:

 “Təəssüflər olsun ki, bu ilin fevralında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum diplomatik normaların, iki dost və qonşu ölkə arasında münasibətlərin pozulmasına səbəb olub və buna görə də ölkənin məhkəmə, siyasi və təhlükəsizlik orqanlarının rəhbərləri hücumun əsas günahkarı və ya onun baş verməsində rolu olan hər hansı digər şəxsin ciddi və qətiyyətli şəkildə cəzalandırılmalı olduğunu hər zaman vurğulayıblar”.

Sitayşinin sözlərinə görə, işin müxtəlif aspektləri müəyyən edilib və istintaq tamamlanıb.

O, bu məsələdə Azərbaycan tərəfinin də əməkdaşlıq etməsini vacibliyini qeyd edib./ Azad İran

Həmçinin yoxlayın

Təbrizdə Dr. Əbülfəzl Rəncbrinin ittihamları üzrə ikinci məhkəmə iclası keçiriləcək

GADTB: Universitet müəllimi və vəkillər kollegiyasının üzvü olan Dr. Əbülfəzl Rəncbrinin ittihamları ilə bağlı ikinci …

Xəzəryanı dövlətlərin nümayəndələri görüşü keçiriləcək

GADTB: Noyabrın 18-19-da İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçiriləcək. …