Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran məclisinin irqçi deputatı qeyri-fars dillərin tədrisi ilə bağlı aqçıq şəkildə irqçi mövqe sərgilədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran məclisində Tehrandan olan deputat və rejimin məclisində Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının sədr müavini Əhməd Nadiri qeyri-fars dillərin tədrisi özlərinə təhlükə adlandırdı.

Əhməd Nadiri açıq irqçi fikirlər səsləndirməklə işğal etdikləri qeyri-fars ərazilərində qeyri-fars dillərdə tədrisin İranın ərazi bütövlüyünə təhlükə adlandırıb.

Nadiri üzvü olduğu komissiyanın məktəblərdə qeyri-fars dillərinin tədrisi ilə bağlı son layihəsinin təsdiqinə etiraz edərək deyib: “Layihənin məclisdə səsə qoyulduğu gün ezamiyyətdə idim və öncədən belə bir layihənin olmasından xəbərsiz olduğum üçün həmkarlarımla bunu müzakirə edə bilməmişəm. Dekabrın 5-də isə bu layihənin müzakirəsi zamanı etiraz əlaməti olaraq komissiyanın iclasını tərk edib və bunun nəticələri ilə bağlı həmkarlarıma xəbərdarlıq etdim”.

İrqçi deputat Azərbaycan türkləri və qeyri-fars millətlərlə bağlı həqiqəti təhrif edərək farslarla eyni mədəniyyətə malik eyni xalq kimi göstərməyə çalışıb. O deyib: “Cəmiyyət tarixən təbii və özünəməxsus nizama malik ola bilər. Belə olan halda qanun bu tarixi intizamın qoruyucusu olmalı, asayişi bilərəkdən pozmamalı, süni münaqişələr yaratmamalıdır”.

İrqçi deputat iddia edib ki, guya fars dili İranda zorla tədris olunmur və qeyri-fars dillərə qarşı maneələr yoxdur. O hətta həqiqətləri təhrif edərək deyib ki, fars dili İranda yaşayan bütün xalqların ana dilidir: “Dövlət və məclisin borcu fars dilini qorumaqdır. Hamımız diqqətli olmalı və rəsmi dilin zəifləməsinə yönələn siyasət və qanunların tətbiqinə yol verməməliyik”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …