Cümə , Aprel 19 2024
azfa

İran məhkəməsi azərbaycanlı milli fəal Nadir Sadiqianı nağd pul cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda  əl-Əhvaz etirazlarına dəstək etirazlarında  həbs edilən azərbaycanlı milli fəal Nadir Sadiqian İranın Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən nağd pul cəzasına məhkum edilib.

Rejimin məhkəməsinin qərarına əsasən, Sadeqian dövlət büdcəsinə 60 milyon rial məbləğində cərimə ödəməlidir.

Nadir Sadeqian şərlənərək, “İctimai şəbəkələrdə kommunikasiya sistemləri vasitəsilə insanları zorakılığa təhrik və dəvət etmək”də ittiham olunur.

Qeyd edək ki, Nadir Sadeqian iyul ayının 25-də İran rejimi tərəfindən həbs edilərək Təbrizdə ETTELAAT İdarəsinin təcrdixanasına salınmışdı.

Azərbaycanlı fəal 14 avqustda girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …