Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran məhkəməsi azərbaycanlı siyasi məhbus Abbas Lisanini yenidən tibbi ekspertizaya çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ərdəbildəki İnqilab Məhkəməsinin Qərarların İcrası şöbəsində müalicə üçün tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisanini yenidən tibbi ekspertizaya çağırıb.

Mayın 23-də məhkəmənin elektron sistemi vasitəsilə tibbi məzuniyyətdə olan Abbas Lisaniyə çağırış göndərildiyi üçün o mayın 28-də Ərdəbildə rejimin İnqilab Məhkəməsinin Qərarların İcrası şöbəsində olub.

Azərbaycanlı siyasi məhbus tibbi məzuniyyətdə olduğu və müalicə aldığı barədə arayış və sənədləri təqdim etdikdən sonra ona yenidən tibbi ekspertizaya müraciət etməli olduğu bildirilib.

Həkimlər bundan öncə Abbas Lisaninin bel sütununda ciddi problemlərin olduğu və onun uzun müddətli müalicəsinin zəruriliyi barədə rəy veriblər.

Qeyd edək ki, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılmışdı.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşmışdı.

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …