Şənbə , Aprel 20 2024
azfa

İran məhkəməsi erməni təcavüzünü pislədiyinə görə Əli Xeyrcu və Meysəm Colani barədə həbs qərarını təsdiqlədi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Meysəm Colani və Əli Xeyrcu barəsində ilkin məhkəmənin çıxardığı həbs və qamçı qərarını təsdiq edib.

Azərbaycanlı fəallar Meysəm Colani və Əli Xeyrcu bu barədə məhkəmənin elektron sistemi vasitəsilə məlumat alıblar.

Bildirişdə yazılıb ki, 2020-ci il dekabrin 13-də Ərdəbilin Cinayət Məhkəməsinin 110-cü şöbəsinin hakimi tərəfindən fəallara qarşı “Hay-küy salmaqla ictimai asayişi pozmaq” ittihamına görə verilən 4 ay həbs və 20 qamçı zərbəsi cəzasının Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilib.

Rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsinin 10-cu şöbəsinin hakimləri Sasan Balaxani və İbrahim Müvəqqir fəalların ədalətsiz qərara qarşı etirazlarını rədd ediblər.

Hakimlər islam cəza qanununun 46, 47, 52 və 54-cü maddələrinə istinadən məhkumların hər birinin 4 ay həbs və 20 qamçı zərbəsi cəzasının təsdiqini, onların cinayət əməlində iştirak etməməkləri şərtilə cəzalarının 1 il müddətinə gecikdirilməsini bildiriblər.

Qeyd edək ki, həmin iki mədəni fəal rejimin təhlükəsizlik qüvvələri tərəfindən oktyabrın 1-də evlərində tutulmuşdular. Onlar Ərdəbilin Ceral Parkı məhbusları ilə birlikdə, hər biri 300 milyon tümən girov müqabilində məhkəmə prosesi bitənə qədər zaminə buraxılmışdılar.

Fəalların hər biri yaxandıqdan sonar üç ayrı ittihamla günahlandırılırdı. Digər iki ittiham baxılması üçün inqilab məhkəməsinə göndərildi.

ETTELAAT qüvvələri Əli Xeyrcunu yaxalamaq üçün heç bir məhkəmə qərarı olmadan evin duvarından aşaraq milli fəalı və onun ailə üzvlərini döyüb, təhqir etmişdilər.

Xeyrcu tutulduqdan sonra Ciral Parkı məhbuslarının anaları və Xeyrucunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə yaxınlarının vəziyyətini öyrənmək üçün Ərdəbil prokrorluğunun 10-cu şöbəsinə müraciət etmişdilər. Lakin rejimin əlaltısı hakim Nonəhal tərəfindən təhqir olunaraq uzaqlaşdırılmışdılar.

Xeyrcunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə isə Nonəhalın tərbiyəsiz davranışlarına, söyüş və təhqirlərinə və həbs olunan milli fəalların saxlanılmasının qanunsuzluğuna etiraz etdiyi üçün 24 saatlığına həbs olunmuşdu.

Sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

Həmçinin oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində, eləcə də Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …