Şənbə , Oktyabr 17 2026
azfa

İran mətbuatı rejimin anti-islam yanaşmasını əsaslandırmaq üçün uyğurlara qara yaxmağa davam edir

GADTB: İran prezidenti Rəisinin Çinə səfəri ilə eyni vaxtda, bəziləri İranın uyğurların vəziyyətinə görə susmasını tənqid ediblər

Belə ki, hazırda da sosial mediada İranın bəzi tanınmış simaları həmin məsələyə görə İran dövlətinin yalançı islamçılıq siyasətini tənqid edirlər.

Bununla bağlı, hökumətə bağlı “İran” qəzeti ictimaiyyətin diqqətini mövzudan yayındırmaq üçün bu haqda yeni bir süjet paylaşıb. Süjetdə uyğurlara qarşı müxtəlif töhmətlər və qarayaxmalar qeyd olunub.

Qəzet, öz süjetində İranın uyğurları niyə dəstəkləmədiyini belə izah edir:

“- Çinin müxtəlif şəhərlərində yaşayan 60 milyon uyğur müsəlman öz dini ayinlərini yerinə yetirməkdə azaddır.

– Uyğurlar Sink Yanq əyalətinə müstəqillik tələb edirlər ki, Şərqi Türküstanı yaratsınlar.

– Xorasan İŞİD-çilərinin bir hissəsi uyğurlardan ibarətdir və onlar Əfqanıstanda çoxlu terror aktı törədiblər.

– Uyğurlar daim İŞİD-lə əlaqədədirlər və deyilənlərə görə, Suriyada İŞİD-in əməliyyatlarında beş min (5000) uyğur iştirak edib.

– Hər kəs bilməlidir ki, uyğurların İran müxalifləri, o cümlədən, “Münafiq”lərlə yaxşı münasibətləri var və onların liderlərindən hesab olunan və ABŞ-da yaşayan Rəbiə Qədir Münafiqlərin iclasında çıxış edib.

– Çin hökumətinin uyğurlarla problemi dini cəhətdən öncə onların separatçı və terrorçu olmasına görədir”.

Hər şeyin həddi hüdudu var. Yəni İslam Respublikası uyğur müsəlman türklərinin terroru səbəbindən Çinə etiraz etmir! Belə bir iddiası olan bir ölkə belə yoxdur və hətta Çinin özü belə bir iddia irəli sürmək üçün o qədər də qəddar deyil./ Azad İran

Həmçinin yoxlayın

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq …