Cümə axşamı , Dekabr 5 2024
azfa

İran mediası: “Hindistan-İran-Ermənistan dəhlizi: Çoxşaxəli və sərfəli əməkdaşlıq?!”

GADTB: Hindistan İran üzərindən Ermənistana hərbi təyinatlı yüklər daşıyır və İran mediası bunu etiraf edir. Qeyd etmək lazımdır ki, İran ərazisindən Hindistanın hərbi təyinatlı yüklərinin Ermənistana daşınması Zəngəzur dəhlizinə qarşı plandır.

İranın “Mashregh News” saytının xəbərinə görə, “Səraməd” beyin mərkəzinin «Teleqram» kanalı “ETV bharat”ın dərc etdiyi “Hindistan-İran-Ermənistan dəhlizi üzrə danışıqlar” başlıqlı məqaləyə istinadən yazıb: “Mumbayı quru və dəniz yolu ilə Moskva ilə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini əhatə edən Hindistan-İran-Ermənistan Ticarət Dəhlizinin açılması ilə bağlı danışıqlar davam edir.

Təbii ki, Hindistan ticarət hava dəhlizi ilə İrandan Ermənistana ilk strateji yükünü göndərib.

Son illərdə müdafiə sahəsində əməkdaşlıq Hindistan-Ermənistan münasibətlərinin əsas sütunu kimi formalaşıb. Keçən il Hindistan yerli “Akash” orta mənzilli yer-hava tipli raketin (SAM) ixracı üçün 6,000 milyon rupi dəyərində müqavilə bağlayıb”.

Adı çəkilən sayt yazır: “Pakistan Hindistanın qatı düşmənidir və Azərbaycan və Türkiyə Kəşmir məsələsində Pakistanı dəstəkləyir.  Ona görə də Hindistan Cənubi Qafqaz regionunda Pakistan, Azərbaycan və Türkiyə üçbucağı ilə mübarizə aparmalıdır”./ Azad İran

Həmçinin yoxlayın

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası …