Şənbə , Avqust 29 2026
azfa

İran mediası yenidən Azərbaycana qarşı qərəzli materiallar dərc edir

GADTB: “İscanews.ir”  saytı “Azərbaycanın həqiqəti yoxlamaq əvəzinə günahını başqasının üstünə atır / Bakının səhvlərinə nə qədər göz yummaq olar?” adlı qərəzli məqalə dərc edib.

Yazıda cəfəng iddialar irəli sürülür: “Pezeşkian ilə səmimi danışığında azərbaycanlı həmkarından Azərbaycan ərazisindən “Sionist rejim”in İrana qarşı istifadə edib-etməməsini dəqiqləşdirməyi istəyib. Bunu dəqiqləşdirmək əvəzinə, görünür, “Bakı hökuməti” öz günahını başqasına yükləyir, ölkə mediası və hətta Xarici İşlər Nazirliyi də siyasi qalmaqal yaratmaqla məşğul olur.

Ötən cümə axşamı İran prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı ilə telefon danışığında “sionist rejim”in İrana hücumunun neçə neçə dinc insan, elm adamı və hərbi komandirin qəfil öldürülməsinə səbəb olan bir sıra aspektlərini izah edərkən, Əliyevdən İsrail dronlarının İrana Azərbaycanın hava məkanından daxil olması məsələsini araşdırmasını istəyib.

Aydın məsələdir ki, İran prezidenti dəqiq məlumat olmadan azərbaycanlı həmkarından belə bir şey tələb etməyib.

“Sionist rejim”lə 12 günlük müharibə zamanı buna dəlillər var və görünür, mərmilərin, pilotsuz təyyarələrin və bəzi İsrail qırıcılarının Azərbaycan səmasından daxil olması baş verib.

Bakı bir neçə ildir ki, İsraillə hərbi əməkdaşlıq edir və “sionist rejim”in anti-İran fəaliyyətləri üçün bazaya çevrilib”./ Azad İran

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …