Cümə axşamı , Avqust 18 2022
azfa

İran mediasından Azərbaycana qarşı növbəti qərəzli yazı

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın anti-Azərbaycan mövqeyi ilə seçilən “rahbordemoaser” saytı yenidən Azərbaycana qarşı yazı dərc edib.

İranın anti-Azərbaycan mövqeyi ilə seçilən “rahbordemoaser” saytı yazır:

“Sionist rejimi” tamamlayıcı plan çərçivəsində İrana təsir etmək, Bakıya silah göndərmək, üçüncü ölkə üzərindən İran daxilində real əməliyyatlar keçirmək, burada kəşfiyyat fəaliyyəti aparmaq və ölkəmizin mühasirəsini tamamlamaq kimi məqsədlərlə Azərbaycanda hərbi, iqtisadi, casusluq, təhlükəsizlik və xidmət sahələrinin bütün istiqamətlərində öz təsirini genişləndirməyə çalışır”.

Hər dəfə Azərbaycanın daxili işlərinə və xarici siyasətinə əsassız müdaxilə etməyi özünə peşə seçən İranın hökumət yönümlü saytı iddia edib: “Bu yaxınlarda Azərbaycan Respublikası ilə “sionist rejim” arasında hava nəqliyyatı sahəsində razılaşma imzalanıb və həmin müqaviləyə əsasən Azərbaycan vətəndaşları ilə “sionistlər” arasında qarşılıqlı səfərlər asanlaşdırılacaq, həmçinin Azərbaycan “sionist rejimlə” əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik mərkəzi yaradacaq”.

Davamlı olaraq Azərbaycanla bağlı qərəzli yazılar tirajlayan  saytda habelə deyilir: “Sözügedən sazişlərin imzalanması Azərbaycanla “sionist rejim” arasında geniş əlaqələrdən qaynaqlanır və ikitərəfli münasibətlərin tarixçəsi təkcə son bir neçə illə məhdudlaşmır”.

Sitat: “Vacib sual budur ki, sionist rejimin Azərbaycanla bu cür müqavilələr bağlamaqda məqsədləri nədən ibarətdir?

– İrana təsir etmək üçün əməkdaşlığı genişləndirmək: Sionistlər Azərbaycanda öz təsirlərini əvvəlcə hərbi, xidmət, indi isə təhlükəsizlik sahəsində genişləndiriblər. Hərbi sahədə tərəflər 1992-ci ildən əməkdaşlığa başlayıb ki, hərbi əməkdaşlığın bariz nümunəsi Qarabağ müharibəsində özünü göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə “sionist rejimdən” hərbi texnika aldığını etiraf edib və bildirib ki, rəsmi Bakı Təl-Əvivdən geniş şəkildə “Sky Attacker” və “Harup” PUA-ları alıb”.

Həmçinin yoxlayın

İran diplomatı Azərbaycan Respublikasının işğalını İran strateji məqsədi olduğuna etiraf etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda müxtəlif vəzifələrdə işləmiş İran diplomatı Əbülfəz Zöhrəvənd …

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …