GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran milli komandasının azərbaycanlı idmançısı Azərbaycan idmanına qoşulub.
Güney Azərbaycanın Zəngan bölkgəsindən olan avarçəkmə üzrə İran milli komandasının üzvü Bəhmən Nəsiri Azərbaycan Respublikasına mühacirət edib.
Qeyd edək ki, bu azərbaycanlı idmançı müxtəlif beynəlxalq yarışlarda qızıl medallar qazanıb.
Nəsrinin Azərbaycan Respublikasına köçməsi İran hökumətinin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olduğu yazılıb.
Bundan öncə də bir neçə tanınmış idmançı İran komandalarından ayrılaraq Azərbaycan idmanına qoşulublar. Bunun Azərbaycanda idman və idmançılara göstərilən yüksək qayğı ilə əlaqəli olduğu bildirilir.