Bazar ertəsi , İyun 17 2024
azfa

İran mollaları ermənilərin qəbirlərini ziyarət ediblər

GADTB: İranda yaşayan ermənilərin rəsmi mətbu orqanlarından olan “alikonline” saytının xəbərinə görə, Yeni ilin başlanması münasibəti ilə isfahanlı ruhanilər və elmi-dini hövzələrin rəhbərləri, xristian keşişlər, İsfahan və İranın cənubundakı Erməni Yeparxiyasının üzvləri və İsfahan Zərdüşt Cəmiyyətinin nümayəndələri İran-İraq müharibəsində öldürülən ermənilərin məzarlarını ziyarət ediblər.

Mərasimə qatılan müsəlman din xadimlərindən biri deyib: “Bizə dini hövzələr, kilsələr, Erməni Yeparxiyası, zərdüştilər və yəhudilər arasında davamlı əlaqə lazımdır”.

İsfahan Erməni “Şəhidləri” Təşkilatının rəhbəri Zare Qaraxanyan da İran-İraq savaşında İsfahandan 6 erməninin öldürüldüyünü deyib.

Qeyd edək ki, indiyədək Qarabağda, Xocalıda şəhid olan Azərbaycan müsəlmanlarına bir dəfə də olsun anım mərasimi keçirməyən İran mollaları nədənsə ermənilərə xoş gəlmək üçün dəridən-qabıqdan çıxırlar./Azad İran

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …