
GADTB: Ermənistanın müdafiə naziri Suren Papikyanın İranın Müdafiə və Silahlı Qüvvələrin dəstəyi naziri, briqada generalı Əziz Nəsirzadə ilə təkbətək görüşü olub.
İrəvanda səfərdə olan İranın müdafiə naziri Əziz Nəsirzadə erməni həmkarı ilə görüşdə deyib: “Regionun sərhədlərinin bütövlüyünü və sabitliyini qorumaq İranın siyasətinin dəyişməz prinsipidir.
İran Qafqaz bölgəsində istənilən sərhəd dəyişikliyinə qarşıdır.
İran-Ermənistan ümumi sərhədi iki xalq arasında tarixi əlaqə yoludur və Tehran bu sərhəddə heç bir müdaxiləyə icazə verməyəcək”.