Bazar ertəsi , İyun 17 2024
azfa

İran Nətənz nüvə zavodunda yeni yeraltı tunellər inşa edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Nətənz nüvə zavodunda yeni atom təsisatları və böyük yeraltı tunellər tikməklə məşğuldur.

Bu barədə məlumat yayan “New- York Times” qəzeti Amerika və İsrail rəsmilərinin İranın tikinti işlərini hansı məqsədlə həyata keçirdiyi barədə fikir ayrılıqlarının olduğunu bildirib.

Qeyd edilir ki, Amerika və İsrailin kəşfiyyat orqanları ötən illər ərzində Nətənzin cənub hissəsində böyük tunel şəbəkəsinin inşasını müşahidə ediblər.

Qəzet əlavə edir ki, İran bu proseslə mümkün hücumlardan qorunmaq üçün uranı zənginləşdirmə prosesini yeraltı tunellərdə həyata keçirməyə çalışır.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …