Cümə axşamı , Sentyabr 24 2026
azfa

“İran neft qaçaqmalçılığı nəhəngi”nə qarşı sanksiyalardan bir gün sonra; Çin İrandan gizli şəkildə neft alıb

GADTB: “İran neft qaçaqmalçılığı nəhəngi”nə qarşı sanksiyalardan bir gün sonra Çin İrandan  gizli şəkildə neft alıb. Bu barədə CBS kanalı xəbər yayıb.

Çin hökuməti hələ də gizli şəkildə İran İslam Respublikasından neft alır və dənizin ortasında nefti gəmidən gəmiyə daşımaq üçün kölgə donanmasından istifadə edir.

 Məlumatda deyilir ki, bu işi Çin üçün mürəkkəb və gizli neft tankerləri şəbəkəsi həyata keçirir.

Cənubi Çin dənizində kəşfiyyat təyyarəsindən CBS müxbirləri eyni vaxtda 12 tanker neftin gəmidən gəmiyə daşınmasının şahidi olublar. Əməliyyat gəmilərin naviqasiya sistemlərini söndürdüyü və Malayziyanın ərazi sularından kənarda gizli şəkildə aparılıb.

Məlumata görə, İran neftini daşıyan gəmilər Malakka boğazı vasitəsilə Riau adalarına gedir və burada xam neft Çinə gedən gəmilərə ötürülür. / Azad İran

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …