Çərşənbə , Noyabr 13 2024
azfa

İran nüvə silahı istehsalı məqsədilə Atom Agentliyinin yoxlamalarına qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terroru dəstəkləməklə regionda sabitliyi pozan İran nüvə silahı istehsalı məqsədilə Atom Agentliyinin yoxlamalarına qadağa qoydu.

İran hökumətinin rəsmisi Əli Rəbbi Tehranda keçirdiyi mətbuat konfransında iddia edib ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar sərtləşdirildiyi üçün ölkə parlamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi müfəttişlərinin nüvə obyektlərində monitorinq aparmalarının qadağan olunmasına dair qanun qəbul olunub. Cari ilin yanvarında qəbul olunan qanun fevralın 23-də qüvvəyə minib.

O bildirib ki, ABŞ-ın yeni prezidenti sanksiyaları aradan qaldırmalı və üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bundan sonra danışıqları davam etdirmək olar.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi yanında daimi nümayəndəsi Kazım Qəribabadi isə deyib ki, qanunun qüvvəyə minməsi rəsmi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlıq etməyəcəyi anlamına gəlmir. Sanksiyalar 3 ay müddətində aradan qaldırılarsa, İran nüvə obyektləri barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə lazımi məlumatları verəcək. Əgər sanksiyalar ləğv edilməsə, İran nüvə obyektləri barədə məlumatları heç kimə verməyəcək.

Həmçinin yoxlayın

Qrossi: İran başa düşməlidir ki, beynəlxalq vəziyyət getdikcə gərginləşir və manevr sərhədləri azalır

GADTB: Atom Enerjisi üzrə Beynəlxaql Agentliyin rəhbəri Rafael Grossi xəbərdarlıq edib ki, İranın nüvə proqramında …

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib

GADTB: Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə keçirilən bugünkü dinləmədə Ermənistanın minalar …