Şənbə , Oktyabr 17 2026
azfa

İran öz ballistik raketləri üçün yanacaq tədarükü ilə bağlı Rusiya və Çinlə gizli danışıqlar aparır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Politico” yazıb ki, İran öz ballistik raketləri üçün yanacaq tədarükü ilə bağlı Rusiya və Çinlə gizli danışıqlar aparır.

Sözügedən ballistik raketlərin Ukraynaya qarşı müharibədə istifadə oluna biləcəyi bildirilir.

“Politico”nun verdiyi məlumata görə, İran rəsmiləri Rusiya və Çində raketlər üçün istifadə olunan bərk yanacağın- prexlorat ammonium (AP) əsas tərkibinin hazırlanması üçün kimyəvi maddələrin istehsalçıları ilə danışıqlar aparıblar.

“Politico” tərəfindən rəyi soruşulan diplomatların sözlərinə görə, əgər sövdələşmə baş tutarsa, həmin raketlərdən bəziləri Ukraynaya qarşı da istifadə oluna bilər.

Əgər Tehran, Moskva və Pekin belə bir tədarüklə bağlı razılığa gələrsə, bu, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının birbaşa pozulması sayılacaq./Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …