GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini, Kermanşahdan olan antitürk kürd deputat Şəhriyar Heydərinin Azərbaycanın ərazi bütövlüyünə zidd fikirləri Təbrizdə yerli media tərəfindən tənqid edilib.
Təbrizin “Azərəncümən” nəşrinin yazdığına görə, deputatın bu iddiası hətta İran rəhbəri Əli Xaməneinin də Qarabağla bağlı çıxışına zaddir.
Qeyd edək ki, Şəhriyar Heydəri oktyabrın 9-da SEPAH-a bağlı “Javan” xəbər agentliyinə müsahibəsində Qarabağın Ermənistan torpağı olduğunu və Azərbaycan dövlətinin orada hakimiyyətini qura bilməyəcəyi barədə fikirlər səsləndirmişdi.
Yüzlərlə azərbaycanlı sosial media istifadəçisi onun bu müsahibəsinə görə azərbaycanlılardan üzr istəməli olduğunu deyib, bunun reallaşması ilə bağlı İran parlamentinə müraciət edəcəyini yazmışdılar.
Kürd deputat qərəzli olaraq: “Qarabağ ənənəvi olaraq Ermənistana məxsusdur”