Bazar ertəsi , Oktyabr 5 2026
azfa

İran PKK terror təşkilatnı qorumaq üçün Türkiyənin İraqdakı bazalarını vurduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın PKK terror təşkilatını Türkiyəyə qarşı dəstəkləməsi artıq İranın özü tərəfindən də etiraf edilir.

İranın “Əmmar” Qərargahının rəisi və terrot təşkilatı Sepah-ın Kəşfiyyat İdarəsinin rəisinin qardaşı Mehdi Taibə aid səs yazısında bu barədə bir sıra faktlar ifşa olunub.

İfşa olunan bu faktlardan biri isə Türkiyənin İraqda yerləşən bazalarının vurulması ilə bağlıdır. Belə ki, Taib səs yazısının bir hissəsində deyib: “Türkiyənin İraqdakı hərbi qüvvələrini biz vurmuşuq”.

Qeyd edək ki, bu yaxınlarda Pentaqonun baş müfəttişi öz hesabatında İranın dəstəklədiyi terrorçulardan PKK kürd terrorçuları ilə birgə İraqın şimalında Türkiyənin hərbi mövqelərinə hücum etmək üçün koordinasiyalı hərəkət etməsi barədə məlumat yaymışdı.

Həmçinin yoxlayın

Kpler: Yaxın Şərqdən neft ixracı müharibədən əvvəlki səviyyəni keçib

GADTB: Dəniz daşımalarını izləyən “Kpler” şirkətinin məlumatları göstərir ki, Yaxın Şərqdən İran nəzərə alınmadan həyata …

Çin İrana ABŞ gəmilərinə hücumlar üçün peyk təsvirlərinin verilməsini dayandırdı

GADTB: Çin İranla ABŞ esminesini hədəfə almaqda mühüm rol oynayan peyk təsvirlərinin təmin edilməsi üzrə …