Çərşənbə axşamı , Yanvar 14 2025
azfa

İran prezidenti İranla Ermənistanı çətin günlərin dostu adlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Prezidenti İbrahim Rəisi Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə “iki xalq arasında çoxəsrlik dostluq, sıx tarixi və mədəni əlaqələr”ə əsaslanan Ermənistan-İran çoxtərəfli əməkdaşlığına dair müzakirə aparılıb. İranla Ermənistan arasında münasibətləri dəyərləndirən Rəisi deyib: “Biz çətin günlərin dostuyuq”.

Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi yollarını, dialoqu birgə səylərlə davam etdirməyi və ikitərəfli əməkdaşlığın gündəliyini daha da zənginləşdirməyə hazır olduqlarını bildiriblər.

Rəisi Ermənistan və İran arasında isti münasibətlərin möhkəmləndirilməsininin önəminə diqqət çəkib.

Həmsöhbətlər İran və Ermənistan arasında dəmir yolu əlaqələsinin yaradılmasından da danışıblar.

Görüşdə Qarabağda 44 günlük müharibədən sonra bölgədəki vəziyyətə diqqət çəkilib. Simonyan islam ölkəsinin rəhbərinə Azərbaycan və Türkiyədən şikayət edib, çıxışında hər iki ölkəyə iftira atmaqdan çəkinməyib.

“Biz bütün dostlarımız üçün çətin günlərin dostuyuq, biz bunu rəhbər tuturuq. Xoşbəxt günlərdə hər kəs hər kəsin yanında ola bilər, amma əsl dostluq çətin anlarda göstərilir”, – İran prezidenti erməni spikerə deyib.

Rəisi qeyd edib ki, Ermənistanla daha sıx əlaqələrin qurulması üçün ilkin təkliflərin təqdim edilməsi ilə bağlı komandasına müvafiq tapşırıqlar verib.

Simonyan Baş nazir Nikol Paşinyanın Ermənistana rəsmi səfərə dəvətini Rəisiyə çatdırıb.

Həmçinin yoxlayın

Molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar aparır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar …

Azərbaycan Qafqazın ən güclü ölkəsidir

GADTB: Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib. Reytinqdə hərbi hissələrin sayından …