Bazar , Avqust 23 2026
azfa

İran prukuroru əməliyyat olunan azərbaycanlı siyasi məhbus Abbas Lisaninin zindana qayıtmasını tələb edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran prukuroru yenicə əməliyyat olunub və zindandan xaric müalicəyə etiyacı olduğu bildirilən azərbaycanlı siyasi məhbus Abbas Lisaninin zindana qayıtmasını tələb edib.

Avqustun 25-də azərbaycanlı siyasi məhbus Abbas Lisaninin oğlu Əli Lisani son tibbi sənədləri Ərdəbil prokuroruna təqdim edib və Ərdəbil Tibb Ekspertiza İdarəsinin rəyinə uyğun hərəkət etmələrini istəyib.

Lakin İranın Ərdəbildəki prokuroru Abdullah Təbatəbai Ədliyyə Tibb Ekspertiza Komissiyasının rəyinin Abbas Lisaniyə verilməyəcəyini deyib və onun şənbə günü zindana qayıtmalı olduğunu bildirib.

Qeyd edək ki, tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisani avqustun 23-də üçüncü dəfə Təbrizin “Vəliəsr” xəstəxanasında qapalı bel diski əməliyyatı olundu.

Həkimlər cərrahi əməliyyatından sonra azərbaycanlı siyasi məhbusa təxminən 1 aya yaxın hərəkət etməməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçməyi tövsiyə etmişdilər.

Lakin elə həmin gün Tibbi Ekspertizanın rəyinə baxmadan rejimin prokuroru azərbaycanlı siyasi məhbusun tibbi məzuniyyətinin uzadılmasına icazə verməyib.

Belə ki, azərbaycanlı siyasi məhbus Abbas Ləsani 23 avqustda məhkəmənin elektron sistemi vasitəsilə həbsinin qalan hissəsini çəkmək üçün 5 gün içində Ərdəbildəki İnqilab Məhkəməsinin Hökmləri İcra şöbəsinə müraciət etməsi tələb olunmuşdu.

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …