Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İran qəzeti ölkədə Zəngəzur dəhlizi ilə bağlı ayrı-ayrı şəxslərin mövqe bildirməsinə kəskin reaksiya verib

GADTB: “Etelaat” qəzeti Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşmaya dair İranda ayrı-ayrı şəxslərin açıqlama verməsinə etiraz edib.

Qəzet yazır ki, “İranın xarici siyasət məsələləri üzrə rəsmi söz sahibi var, o da Xarici İşlər Nazirliyidir. İran İslam Respublikasının xarici siyasəti ilə bağlı ayrı-ayrı şəxslərin, təşkilatların, qurumların, xəbər agentliklərinin mövqeləri ölkənin rəsmi mövqeyi sayılmır.

Ermənistan dəhliz üzərində suverenliyə malikdir və dəhlizi tənzimləyən qanunlar və qaydalar Ermənistan hökumətinə məxsusdur. Dəhlizin idarə olunmasının hər hansı şirkət və ya dövlətə təhvil verilməsinin seçimi xarici siyasət idarəsinin səlahiyyətindədir və Ermənistan hökuməti və parlamentinin qərarıdır.

 İran və Rusiya Şimal-Cənub dəhlizində əməkdaşlıq etdiyi kimi, bu əməkdaşlığın Azərbaycanla və digər qonşu dövlətlərlə heç bir əlaqəsi yoxdur”./ Azad İran

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …