Çərşənbə axşamı , İyun 25 2024
azfa

İran qaçaqmalçılıq və terrora dəstəkdə məhdudiyyət yarandığı üçün Türkiyənin sərhəd divarına etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran qaçaqmalçılıq və PKK terrorçularına dəstəkdə məhdudiyyət yarandığı üçün yalan bəhanələr uydurub Türkiyənin sərhəd divarına etiraz edir.

Türkiyənin qeyri-qanuni keçidlərin qarşısını almaq üçün bu yaxınlarda İran sərhədində inşa etdiyi bir  beton divar Tehranda reaksiyaya səbəb olub.

İranın daxili işlər nazirinin müavini Məcid Mir Əhmədi təhlükəsizlik baxımından Türkiyənin sərhəd divarı tikməsinə hörmətlə yanaşdıqlarını və torpaqlara hörmət edildiyi müddətcə normal olaraq buna etiraz etməyəcəklərini iddia edib.  Ərəbistan xəbər kanalı Əl-Aləm TV-yə danışan Əhmədi yalan bəhanə uyduraraq iddia edib ki, Türkiyə tərəfindən inşa edilən divar digər tərəfdən İranda ciddi ekoloji problemlər yaradır.

“Türkiyənin sərhəd divarı çaylarımıza və təbiətimizə mənfi təsir göstərir” deyən iranlı nazir müavini bu barədə Türkiyəyə məlumat verdiklərini və Ankaradan müsbət addımlar gözlədiklərini bildirib.

Ankara bu divarın terror təşkilatı PKK və sərhəddəki qeyri-qanuni keçidlərə qarşı təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu bildirir.

İran daha əvvəl sərhəd divarının Türkiyədən İrana su axınının qarşısını aldığını və çayların quruması təhlükəsini artırdığını bildirmişdi. İran hökuməti bu məsələ ilə bağlı Türkiyəyə çoxlu çağırışlar edib və iki ölkə arasında danışıqlar aparılıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …