Şənbə , Noyabr 27 2021
azfa

İran qanunsuz şəkildə Azərbaycanın Qarabağ bölgəsində çirkli pulları yumaqla məşğul olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə İran həm də sanksiyaların dəlinməsi üçün istifadə etdiyi platformanı itirdi: işğal dövründə Tehran Qarabağda “çirkli pulların yuyulması” mexanizmini qurmuşdu.

İrandan Qarabağa gətirilən pullar burada İran rəsmiləri tərəfindən qurulmuş banklar vasitəsilə İrəvanda yenə iranlıların qurduğu banklara ötürülür və “təmizlənirdi”.

Dünya Bankının 2019-cu il hesabatında konkret faktlar əksini tapıb: hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə 211 milyon dollar pul köçürülüb.

Erməni müxalifəti 44 günlük müharibədən sonra “Azərbaycandan Ermənistana 211 milyon pul köçürülüb” detalından Paşinyana qarşı “türklərə satılıb” ittihamında arqument kimi istifadə edirdi. Hərçənd, Azərbaycandan köçürülən pul əslində Qarabağdan köçürülən İran pulu idi.

Dünya Bankı beynəlxalq hüquqa əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün pul transferini də bu prinsiplə hesablayır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Dan Barton da 2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə pulları “yuduğunu” və Hizbullahı maliyyələşdirdiyini açıqlamışdı.

Bu, İranın işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuzluqların kiçik bir hissəsidir. Müharibədən sonra bu mexanizmdən məhrum oldular. Bu gün Tehranın Xankəndidəki separatçı-terrorçu rejimə dəstək vermək üçün “min bir əziyyətə” qatlanmasının səbəblərindən biri də “bəlkə bu mexanizmi xilas” etmək ümididir.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …