İran Qarabağda rus əsgərləri və ermənilərə qanunsuz yüklər göndərir- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.

Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb.

Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində bezin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.

Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.

İran hansı haqla bu “yardım”ları Azərbaycan ərazisinə çatdırır, rusiyalı sülhməramlılar isə hansı haqla qaçaqmalçılığa göz yumur?

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …