Cümə , Oktyabr 16 2026
azfa

İran qırıcı təyyarələrdən sonra indi də Rusiyadan gecəgörmə qabiliyyətli 20 helikopter alacaq

GADTB: İran qırıcı təyyarələrdən sonra indi də Rusiyadan gecəgörmə qabiliyyətli 20 helikopter alacaq.

İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının rəhbəri Babək Mahmudi ölkə prezidenti Məsud Pezeşkianın Rusiyaya son səfəri zamanı gecəgörmə qabiliyyətinğ malik helikopterlərin alınması ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.

“Dördü meşə yanğınlarının söndürülməsi üçün nəzərdə tutulan gecəgörmə sistemli 20 helikopterin alınması ilə bağlı müqavilə İranın əvvəlki hökuməti tərəfindən hazırlanıb və Pezeşkianın Moskvaya səfəri zamanı danışıqlar aparılıb. Planlaşdırıldığı kimi, təxminən 500 milyon dollar dəyərində komponentləri olan 20 helikopter ölkəyə gətiriləcək və onların idarə olunması üçün təlimlər keçiriləcək”, – deyə, Mahmudi vurğulayıb.

Həmçinin yoxlayın

Tramp İrana yenidən hücum ehtimalından danışdı, lakin quru qoşunlarının göndərilməsini istisna etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə, xüsusilə Nətənz yaxınlığındakı yeraltı “Kuh Koləng Qəzla” …

Türkiyənin “Türk Dünyasının Mədəniyyət Atlası” dərsliyində Cənubi Azərbaycan əks olunub

GADTB: Türkiyənin Milli Təhsil Nazirliyi yeni tədris vəsaiti olan “Türk Dünyasının Mədəniyyət Atlası”nda Cənubi Azərbaycana …