Çərşənbə axşamı , Noyabr 18 2025
azfa

İran rəsmisi: “Arazın suyunun Ermənistan tərəfindən çirkləndirilməsi təsdiqini tapıb”

GADTB: İranın Enerji Nazirliyinin Su Sənayesi Təşkilatının sözçüsü Firuz Qasımzadə İLNA-ya müsahibəsində Araz çayının Ermənistanın sənaye tullantıları ilə çirklənməsi və bunun çaya yaxın əyalətlərə mənfi təsiri haqda deyib: “Bu problem uzun illərə dayanır və İran təxminən 10 il əvvəl Ermənistanla ciddi danışıqlar aparıb. İndi məsələ Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən araşdırılır”.

O, deyib ki, aparılan araşdırmalara görə, çayı çirkləndirən bəzi mədənlər müəyyən edilərək İranın Energetika Nazirliyi tərəfindən onlara baxış keçirilməsi üçün müraciət edilib. Məsələyə artıq Ermənistan Prokurorluğu və Ekologiya Təşkilatı tərəfindən də baxılır.

“İndi məsələ ciddi araşdırılır və Ətraf Mühitin Mühafizəsi Təşkilatı da problemin həlli üçün erməni tərəfi ilə danışıqlar aparır. Ermənistan hökuməti də əmin edib ki, buna mütləq nəzarət olunacaq və əgər hər hansı belə hallar varsa, müəyyən edilib qarşısı alınacaq”,- o bildirib.

Həmçinin yoxlayın

Təbrizdə Dr. Əbülfəzl Rəncbrinin ittihamları üzrə ikinci məhkəmə iclası keçiriləcək

GADTB: Universitet müəllimi və vəkillər kollegiyasının üzvü olan Dr. Əbülfəzl Rəncbrinin ittihamları ilə bağlı ikinci …

Xəzəryanı dövlətlərin nümayəndələri görüşü keçiriləcək

GADTB: Noyabrın 18-19-da İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçiriləcək. …