
GADTB: İranın keçmiş prezidentinin köməkçisi Hüseyn Mərəşi İranın hazırkı durumu və regional proseslərlə bağlı deyib:
“Artıq bizim əlimizdə bir vaxtlar İranın gücünün simvolu sayılan bir neçə vacib kart yoxdur. İran artıq Suriya, Livan və İraqı itirib. Həddindən artıq təzyiq altında olan “Ənsarullah” (husilər) atəşə tutulub və mən artıq husilərə arxalana biləcəyimizə inanmıram”.
Onun sözlərinə görə, İranın bugünkü vəziyyəti 1988-ci ildə İraqın onlardan geri aldığı İranın halına bənzəyir. / Azad İran