Cümə axşamı , Sentyabr 17 2026
azfa

İran rəhbərliyində ABŞ-la danışıqlar ətrafında fikir ayrılığı iddiası

GADTB: İsrailin Channel 14 telekanalı İranın yüksək vəzifəli rəsmiləri arasında baş tutduğu iddia edilən daxili danışığın məzmununu əldə etdiyini irəli sürüb. Məlumata görə, bu danışıqda ABŞ-la mümkün danışıqlar və prezidentin səlahiyyətlərinin məhdudluğu ətrafında fikir ayrılıqları müzakirə olunub.

İddiaya əsasən, Masud Pezeşkian həmin söhbətdə ABŞ-la danışıqlarda birbaşa iştirak etmək istədiyini bildirib və razılaşmanın tez əldə olunmaması halında İran iqtisadiyyatının bir neçə həftə ərzində ciddi böhranla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Digər tərəfdən, Əhməd Vəhidi prezidentin danışıqlarda iştirakına qarşı çıxaraq bunun İran tərəfindən geniş güzəştlərə səbəb ola biləcəyini qeyd edib.

Hesabatda həmçinin iddia olunur ki, söhbətdən sonra prezident yaxın ətrafına vəziyyətini “girov kimi” qiymətləndirdiyini deyib, istefa vermək və ya müstəqil qərar qəbul etmək imkanının olmadığını bildirib.

Channel 14 yekunda hazırkı şəraitdə Sepah-ın ölkə idarəçiliyində əsas rol oynadığını iddia edir.

Qeyd edək ki, bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …