Çərşənbə , Oktyabr 28 2026
azfa

İran rejimi 9 il 8 ay həbsə məhkum etdiyi azərbaycanlı milli fəal Əkbər Nəimini zindana saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimini 8 il 9 ay həbs cəzasına məhkum edib.

Azərbaycanlı fəal Əkbər Nəiminin yaxınlarının verdiyi məlumata görə, Əkbər Nəimi iyulun 19-da Təbrizdə yaxalandıqdan sonra Tehranın Evin zindanına köçürülüb.

Fəalın özünə və vəkilinə öncədən bildirilmədən o zindanın karantin bölməsinə köçürülüb.

Əkbər Nəimi şərlənərək Tehranın İnqilab Məhkəməsi tərəfindən “Qanunsuz təşkilata üzv olmaq”, “Ölkənin təhlükəsizliyinə qarşı sözləşmə və əlbir olmaq” və “İslam Cumhuriyyətinə müxalif qrupların xeyrinə təbliğat aparmaq”da ittiham olunaraq, ümumilikdə 8 il 9 ay həbsə məhkum olunub.

Eyni zamanda fəalın 2 il ölkədən çıxması, eləcə də siyasi, ictimai qrup və təşkilatlara üzv olmasına qadağa qoyulub.

Qeyd edək ki, mühəndis Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın Homa Hava Yolları şirkətinin təmir bölməsində yaxalanmışdı.

Daha sonra rejimin təhlükəsizlik qüvvələri onun evinə hücum edərək, axtarış aparıblar. Onlar fəalın şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunub.

Yaxalanan fəal sonra mülki girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …