Cümə axşamı , May 2 2024
azfa

İran rejimi ana dili uğrunda mədəni fəaliyyətinə görə həbs etdiyi azərbaycanlı fəalı 50 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antitürk İran rejimi ana dili uğrunda mədəni fəaliyyətinə görə həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşini yenidən uzun müddət həbsə məhkum edib.

Əlirza Fərşi ailəsi ilə qısa telefon danışığı zamanı bildirib ki, martın 31-də Tehranda İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmə iclasında ona qarşı 50 ay həbs cəzasının çıxarıldığı elan olunub.

Azərbaycanlı siyasi məhbus dünən saat 10-da öncədən xəbər verilmədən və vəkilinin iştirakı olmadan mühakimə edilmişdi.

Bundan öncə fevral ayının 15-də də Əlirza Fərşi yaydığı açıq məktubda, öncədən bildirilmədən Tehran Məhkəməsinin 3-cü istintaq bölməsində mühakimə olunduğunu və yalnız mühakimədən qabaqkı gecə bu barədə bildiriş aldığını demişdi.

Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün yaxalanıb şərlənən azərbaycanlı fəala rejimin ETTELAAT məmurları tərəfindən yeni şərləmə kampaniyasının işə düşdüyü müşahidə edilirdi.

Azərbaycanlı fəal bir müddət öncə özünə qarşı qurama və tapışırıq əsasında keçirilən məhkəmə iclaslarının şahidi olduğunu bildirərək və məhkəmə sistemi rəsmilərindan tələb etdmişdi ki, qanunsuzluqlara laqeyd qalmasınlar.

Qeyd edilib ki, Əlirza Fərşi 2014-cü ildə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunub. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilib.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) sayın Şahin bəy Vəlisoya atasının vəfatı münasibətilə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəyərli ziyalı və vətənpərvər insan sayın Şahin Vəlisoyun …