GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycan türkcəsində təqvim çap etməyi qadağan edib.
Güney Azərbaycanda Azərbaycan türklərini bir millət kimi məhv etmək məqsədilə həmin qadağa tətbiq edilir.
Türk dilində təqvimin çapının qarşısını almaq isə yerli Foto, Komputer və Çap Xidmətləri Birlikləri vasitəsilə tətbiq edilir.
Bu istiqamətdə Mərənd şəhərinin Foto, Komputer və Çap Xidmətləri Birliyi yeni günəş ili və yaz bayramı münasibəti ilə türk dilində təqvim və təbrik posterlərinin çap edilməməsi barədə şəhərdə fəaliyyət göstərən komputer və çap xidmətləri mərkəzlərinə xəbərdarlıq edib.
Birlik dövlətdən aldığı göstərişlə Komputer və Çap Xidmətləri Mərkəzlərinə SMS göndərərək türk dilində təqvim çapının qadağan olduğunu və onların türk dilində təqvim çap edəcəkləri təqdirdə ciddi cəzalanacaqları ilə bağlı hədələyibdir.