Cümə , Oktyabr 4 2024
azfa

İran rejimi Azərbaycanın etirazına baxmayaraq hələ də Şuşanın adını təhrif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi hələ də Şuşanın adını təhrif edərək Tehran bir küçən Şuşi adlandırmaqda davam edir.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın IRIB xəbər agentliyinə müsahibəsində bu ölkədə küçələrdən birinə “Şuşi” adının verilməsinə münasibət bildirərkən deyib ki, “Şuşa” adının İranda “Şuşi” kimi qeyd edilməsi, sözsüz ki, hər iki ölkənin xalqları tərəfindən xoş qarşılanmır.

 “Şübhəsiz ki, bu cür məsələlərin ərsəyə gəlməsi hər iki ölkənin xalqlarının mənfi reaksiyasına səbəb olub. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birilərimizin fikirlərini nəzərə alaq”, – səfir vurğulayıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında Tehran meriyası şəhərdəki bir sıra küçələrin adlarına Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını qoyub (Bakı yerinə “Badikübə”, Şuşa yerinə “Şuşi”). Buna etiraz olaraq Güney Azərbaycandan olan azərbaycanlı fəallar həmin küçə lövhələrini silərək üzərində “Azərbaycan” yazmışdılar.

Qeyd edək ki, İran rejimi etirazlara baxmayaraq küçələrin adlarına hələ də düzəliş edilməyib.

Həmçinin yoxlayın

İsrail Suriyada silah anbarını bombalayıb, Sepah-ın hərbi müşaviri öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Sepah-ın Suriyadakı hərbi müşaviri Məcid Divanini üç …

Təbrizdə tarixi Gülüstan bağının dağıdılması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim Təbrizdə tarixi Gülüstan bağıtmağa davam …