Bazar ertəsi , Noyabr 11 2024
azfa

İran rejimi Azərbaycanla sərhədə yenə canlı qüvvə və hərbi texnika yeridir

GADTB: SEPAH-ın “Teleqram” kanalı Azərbaycan dövlətini yenidən həyasızcasına “Bakı Respublikası” adlandıraraq, Araz çayı üzərində kəşfiyyat uçuşu həyata keçirən İran helikopterinin apardığı çəkilişin görüntülərini paylaşıb.

Videoda İran ərazisindən sərhədə doğru hərbi texnikanın daşındığı görünür.

“-İranın Teleradio və Yayım Təşkilatının təhlükəsizlik və hərbi müxbiri Yunis Şadlu bu görüntüləri dərc edərək yazıb:

 -İran açıq şəkildə bəyan edib ki, İslam Respublikası ilə region ölkələrinin sərhədlərinin dəyişdirilməsi cəhdinin qarşısını alacaq.

-Araz çayı İranın Ermənistan və “Bakı  Respublikası” ilə ümumi sərhədində yerləşir ki, bu da həmin çayın şimalındakı ölkələr üçün açıq xəbərdarlıqdır”./Azad İran

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal və vəkil aclıq aksiyasına başlayıb

GADTB: molla rejimin Tehranın Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq …

“İran təkcə farsların yurdu deyil” kitabı çapdan çıxıb

GADTB: Beynəlxalq məsələlər üzrə tanınmış amerikalı ekspert və professor Brenda Şaffer dünən “X” hesabında paylaşım …